Avropanın ən böyük Bankı Azərbaycanda anbar tikintisinə kredit ayırır

15:57 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) sahəsi 24,000 kvadratmetr olacaq üç müasir və enerjiyə qənaət edən anbarın tikintisi üçün Azərbaycanın "Gemza Group" şirkətinə 5,6 milyon avro kredit ayırıb.

ABC.AZ xəbər verir ki, AYİB və "Gemza Group" arasında müqavilə imzalanıb.

AYİB-in məlumatında bildirilir ki, kredit Azərbaycanda modern anbarların əlçatanlığını təmin etmək, ölkənin təchizat zəncirinin dayanıqlığını gücləndirmək və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca anbar tutumu imkanlarını artırmaq üçün nəzərdə tutulub.

Həmçinin, müqavilə enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla 1 MVt-a qədər elektrik enerjisi istehsalı məqsədi ilə həmin ərazidə günəş panellərinin quraşdırılmasını da əhatə edir.