12:43 - 13.12.2022
13 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, dekabrın 13-də keçirilən valyuta hərracında 53,7 milyon dollar satılıb ki, bu da ötən hərracdan 7,6 milyon dollar (12,4%) azdır. Dekabrın 8-də keçirilən hərracda AMB banklara 61,3 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında bankların tələbi 53,7 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında belə deyilir.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026