11:54 - 5.12.2022
5 dekabr, Fineko/abc.az. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Fransanın "AA" səviyyəsində suveren reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib.
ABC.AZ xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir.
"Fransa iqtisadiyyatında yavaşlama, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək", - agentliyin analitikləri bildirir.
S&P ölkənin 2023-cü il üçün ÜDM artımı proqnozunu iyulda gözlənilən 1,7%-dən 0,2%-ə endirib, həmçinin büdcə kəsiri proqnozunu ÜDM-in 4%-dən 5,4%-ə qaldırıb. Agentliyin şərhinə görə, bu proqnozlar uzun sürən iqtisadi tənəzzül də daxil olmaqla, Fransanın maliyyə vəziyyətini daha da pisləşdirə bilər.