Azərbaycan ABŞ Bankı ilə əməkdaşlığa başlayır?

11:27 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankında ABŞ-ın "J.P. Morgan" bankının nümayəndələri ilə görüş keçirilib.

ABC.AZ xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Twitter"də bildirib.

"Görüşdə əməkdaşlığın cari vəziyyətini və gələcək perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.