12:37 - 24.11.2022
24 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, noyabrın 24-də keçirilən valyuta hərracında 42,2 milyon dollar satılıb ki, bu da ötən hərracdan 5,9 milyon dollar (12,27%) azdır. Noyabrın 22-də keçirilən hərracda Mərkəzi Bank banklara 48,1 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında bankların tələbi 42,2 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026