12:21 - 24.11.2022
24 noyabr, Fineko/abc.az. Azərbaycanda maliyyə sektoru informasiya texnologiyaları (İT) olmadan inkişaf edə bilməz.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
“2020-ci ildə hamımızın ağlında bir sual var idi ki, koronavirus (COVID-19) pandemiyasından sonra iqtisadiyyatımız necə bərpa olunacaq? 2022-ci ildə geosiyasi və qeyri-iqtisadi çağırışlar, inflyasiya problemi, 2023-cü ildə də qlobal iqtisadiyyatın zəifləməsi risklərini artırır. Hazırki qeyri-müəyyən şəraitdə daim inkişaf edəcək sahə İT-dir və maliyyə sektoru bunsuz inkişaf edə bilməz. Biz İT olmadan siyasətimizi həyata keçirdə bilmərik”, - deyə o qeyd edib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026