11:06 - 24.11.2022
24 noyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev əhalinin Banklardakı əmanətinin artdığını bildirib.
ABC.AZ xəbər verir ki, ABA sədri qeyd edib ki, cari ilin 9 ayında əhalinin banklarda əmanəti 27% artaraq 11 milyard manata yaxınlaşıb.
Onun sözlərinə görə, əhalinin dollarlaşma səviyyəsi qeyd olunan dövrdə 39,2% təşkil edib.
“Bu da ötən dövr ərzində 4,4%, bütövlükdə isə bizim depozit bazamızda olan dollarlaşma əmsalından isə 10 bənd aşağı göstəriciyə çatıb. Bankların balans kapitalı 10% artaraq 5,3 milyard manata çatıb. Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35%-dən artıqdır”, - deyə Z.Nuriyev əlavə edib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026