17:23 - 23.11.2022
23 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 14 iş qaldırılıb, 14 işin baxılması başa çatıb.
Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, baxılmış işlər üzrə 1,9 milyon manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 7 iş qaldırılmış, 5 işin baxılması başa çatdırılmış və 11 min manat maliyyə sanksiyası tətbiq edilmişdi.
Beləliklə, tətbiq edilmiş maliyyə sanksiyalarının cəmi məbləği təxminən 173 dəfə artıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026