12:11 - 23.11.2022
23 noyabr, Fineko/abc.az. 21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
ABC.AZ BFB-dən daxil olan məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 12 000 ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, tədavül müddəti 6 il, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026