16:23 - 22.11.2022
22 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “PAŞA Bank” 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə “PAŞA Bank”ın işçilərinin sayı artıb.
Belə ki, 30 İyun 2021-ci il tarixində PAŞA Bankın 995 əməkdaşı olmuşdusa, 30 İyun 2022-ci il tarixində bu rəqəm 1139 nəfərə çatıb. Qısası, Bankın əməkdaş sayı 144 nəfər artıb.
Eyni zamanda, PAŞA Bank rəqəmsallaşmaya da investisiyalarını artırır. Belə ki, 2021-ci ilin ilk 6 ayında proqram təminatına çəkilən xərclər 2 milyon 229 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 3 milyon 562 min manata yüksəlib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026