15:57 - 22.11.2022
22 noyabr, Fineko/abc.az. Azərbaycanın iri korporativ bankı PAŞA Bankın işçilər üzrə xərcləri artıb.
ABC.AZ xəbər verir ki, bu barədə 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
O, qeyd edib ki, PAŞA Bankın işçilər üzrə cəmi xərcləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 4 milyon 152 min manat və ya təxminən 20% artaraq 25 milyon 187 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 6 ayında PAŞA Bankın işçilər üzrə cəmi xərcləri 21 milyon 35 min manat təşkil etmişdi.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026