12:46 - 17.11.2022
17 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, noyabrın 17-də baş tutan valyuta hərracında 42,6 milyon dollar satılıb ki, bu da keçmiş hərracdan 33,6 milyon dollar və ya 44,09% azdır. Noyabrın 15-də keçirilən hərracda Mərkəzi Bank banklara 76,2 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında banklardan tələb 42,6 milyon dollar təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026