Gələn il büdcə gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır - Parlamentdə müzakirə

11:51 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb.

ABC.AZ xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

İclasda bildirilib ki, Azərbaycanın 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur.

2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.