Manat bahalaşsa bu problem yarana bilər - Detallar

14:50 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər.

ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bunun da bir sıra mənfi təsirləri ola bilər.

"Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər", - deyə nazir qeyd edib.