14:05 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, noyabrın 10-da baş tutan valyuta hərracında 22,8 milyon dollar satılıb ki, bu da ötən hərracdan 24,8 milyon dollar və ya 2,1 dəfə (52,1%) azdır. Noyabrın 3-də hərracda Mərkəzi Bank banklara 47,6 milyon dollar dəyərində valyuta satdı.
"Bankların valyuta hərracında tələbi 22,8 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026