11:41 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. 01.01.2022-31.10.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10,465,954,267 manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 137%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 696% artım müşahidə olunub.
2022-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,191,445,075 manat təşkil edib.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026