Türk Dövlətlərinin Bank Birlikləri Şurası yaradılıb

12:00 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Azərbaycanın iştirakı ilə Türkiyənin İstanbul şəhərində Türk Dövlətlərinin Bank Birlikləri Şurasının yaradılması ilə bağlı imzalanma mərasimi keçirilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Şura Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hüquqi normativlərinə, beynəlxalq konvensiyalara və nizamnamələrə uyğun fəaliyyət göstərəcək.

Şura çərçivəsində rəqəmsal bankçılığın inkişafı, iqlim və ekoloji risklərlə mübarizə, ödəniş ekosistemlərinin yayılması kimi məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.