Mərkəzi Bank dünyanın ən nüfuzlu Bankı ilə əməkdaşlıq edə bilər - Müzakirələr aparılıb

10:40 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) nümayəndələri dünyanın ən iri banklarından biri olan “J.P. Morgan”ın nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, “J.P. Morgan” və onun tərəfdaşı olduğu investisiya şirkətlərinin nümayəndələri ilə görüş zamanı son makroiqtisadi proseslər, proqnozlar, pul siyasətinin tətbiqi və çağırışlar, o cümlədən əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Bu barədə  AMB Twitter hesabında məlumat verib.