12:14 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2023-cü il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər 1 milyard 5 milyon manat məbləğində proqnozlaşdırılır.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gələn ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət xərcləri üzrə proqnozlaşdırılan 230 milyon manat məbləğində vəsaiti daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə faiz xərcləri təşkil edir.
2022-ci ilin dövlət büdcəsi ilə müqayisədə 2023-cü ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün proqnozlaşdırılan vəsait 787 milyon manat daha azdır.
Bunun başlıca səbəbi beynəlxalq təcrübəyə uyğun olaraq hökumət tərəfindən cəlb edilmiş kreditlər üzrə əsas borc ödənişlərinin dövlət büdcəsinin xərclərindən çıxarılaraq, yenidənmaliyyələşdirmə vasitəsilə təmin edilməsidir.
Belə ki, birbaşa xarici dövlət borcu üzrə cəlb edilmiş kreditlər üzrə 2023-cü ildə ödənilməli olan 800 milyon manat məbləğində əsas borc ödənişlərinin növbəti ildən başlayaraq büdcə xərclərində nəzərə alınmadan il ərzində cəlb olunacaq xarici borcalmalar hesabına yenidən maliyyələşdirilməsi nəzərdə tutulur.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026