11:43 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. 2023-cü il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər 1 milyard 5 milyon manat məbləğində proqnozlaşdırılır.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin xərclərin 775 milyon manatını xarici dövlət borcu, 230 milyon manatını isə daxili dövlət borcu üzrə xidmət xərcləri təşkil edir.
2023-cü ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə proqnozlaşdırılan xərclərin 404,7 milyon manat hissəsini birbaşa xarici dövlət borcu üzrə faiz xərcləri, 370,3 milyon manat hissəsini isə Azərbaycan Respublikası hökumətinin müvafiq razılıqlarına əsasən bir sıra dövlət müəssisələrinin əvəzinə həyata keçiriləcək ödənişlər təşkil edir.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026