12:37 - 3.11.2022
3 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, noyabrın 3-də baş tutan valyuta hərracında 47,6 milyon dollar satılıb ki, bu da ötən hərracdan 18 milyon dollar və ya 27,44% azdır. Noyabrın 1-də keçirilən hərracda Mərkəzi Bank banklara 65,6 milyon dollar dəyərində valyuta satdı.
"Bankların valyuta hərracında tələbi 47,6 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026