16:24 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. 30 Sentyabr 2022-ci il tarixində "Naxçıvanbank" ASC 343 milyon 202 min manat cəmi aktivlərə, o cümlədən 171 milyon 970 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub.
Bank ötən ilin eyni tarixində 308 milyon 905 min manat cəmi aktivlərə, o cümlədən 124 milyon 977 min manat kredit portfelinə malik idi.
Müqayisə olunan dövrdə "Naxçıvanbank"ın kredit portfeli 46 milyon 993 min manat və ya 37,6% artıb. Ötən ilin 30 sentyabr tarixindən 2022-ci ilin eyni tarixinədək ötən müddətdə Bankın depozit portfeli 11 milyon 85 min manat və ya 7,4% artaraq 161 milyon 232 min manata yüksəlib.
30 Sentyabr 2022-ci il tarixində "Naxçıvanbank" ASC 102 milyon 252 min manat məcmu kapitala malik olub.
Bank 30 Sentyabr 2021-ci il tarixində 91 milyon 88 min manat məcmu kapitala malik idi.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026