Bu Bankın xalis mənfəəti 2 dəfədən çox artıb

16:18 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. "Naxçıvanbank" ASC 2022-ci ilin 9 ayını 12 milyon 441 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 2,1 dəfə artıb.

ABC.AZ xəbər verir ki, "Naxçıvanbank" 2021-ci ilin 9 ayını 5 milyon 924 min manat xalis mənfəət ilə bağlamışdı.

"Naxçıvanbank"ın faiz gəlirləri 2021-ci ilin 9 ayında 9 milyon 804 min manat ikən, 2022-ci ilin 9 ayında 14 milyon 895 min manat təşkil edib.

Qeyri-faiz gəlirləri isə 3 milyon 358 min manatdan 4 miylon 426 min manata yüksəlib.