12:31 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, noyabrın 1-də baş tutan valyuta hərracında 65,6 milyon dollar satılıb ki, bu da ötən hərracdan 28,3 milyon dollar və ya 75,87% çoxdur. Oktyabrın 27-də hərracda Mərkəzi Bank banklara 37,3 milyon dollar dəyərində valyuta satıb.
"Banklardan valyuta hərracında tələb 65,6 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunları üzrə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026