Çin Mərkəzi Bankı yuanın dəyərini aşağ saldı

10:39 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. Çin Xalq Bankı (mərkəzi bank) milli valyuta yuanın dəyərini 70 bənd də aşağı salaraq 1 dolları 7,1768 səviyyəsində müəyyən edib.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yerləşdirilən məlumatda deyilir.

Mərkəzi bankın statistik məlumatlarına görə, dollar/yuan məzənnəsi son 14,5 il ərzində - 2008-ci il fevralın 14-dən yeni maksimuma çatıb.