16:45 - 28.10.2022
28 oktyabr, Fineko/abc.az. Ötən iclasdan bəri monetar şəraitdə inflyasiyaya azaldıcı təsirləri gücləndirəcək bir sıra dəyişikliklər baş verib.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında bildirilir.
Qeyd edilib ki, valyuta bazarında tarazlıq və nominal effektiv məzənnənin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdırmaqda davam edir.
Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempinin yüksəlməsi müşahidə edilib.
Belə ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempi 9 ayda 7.5%-ə yüksəlib.
Cari ilin sentyabr ayından başlayaraq daimi imkan alətlərinin işə düşməsi, banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması və oktyabrın əvvəlindən başlayaraq 1, 3, 6 və 9 aylıq notlarla sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi monetar şərait vasitəsilə inflyasiya təzyiqlərinin azaldılmasına yönəldilib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026