Bank işçilərinin sayı 2 628 nəfər artıb

16:13 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bank işçilərinin sayını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bank işçilərinin sayı Mərkəzi Bankın hesabatında öz əksini tapıb.

Belə ki, 30.09.2022-ci il tarixinə olan statistikaya əsasən, bank işçilərinin sayı 22 116 nəfər təşkil edir.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 628 nəfər və ya 13.5% çoxdur.

Cari ilin sentyabr ayı ərzində 169 nəfər və ya 0.8% artıb.

Müəllif: Elmir Murad