Azərbaycanda problemli kreditlər 1 ildə 25 faizdən çox azalıb

15:48 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7 %, son 1 ildə isə 25,4 % azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,3 %, ötən il sentyabrın sonuna isə 5,6 % olub.