Sanksiya altına düşə biləcək addım görməmişik - Baş Bankir

14:10 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az.  Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə nəzarətini davam etdirir. 

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. 

O qeyd edib ki, banklar sözügedən sanksiyalardan məlumatlıdırlar. "Hər bir bank öz reputasiyasına xələl gətirməmək üçün diqqət edir. Hazırda sanksiya altına düşə biləcək addım görməmişik.
"Mir" ödəniş sistemi Azərbaycanda çalışmır. Bu, münaqişədən əvvəl də belə idi"- deyə T. Kazımov əlavə edib.