12:23 - 28.10.2022
28 oktyabr, Fineko/abc.az. Qarabağ Dirçəliş Fondu 2021-ci il üzrə maliyyə hesabatlarını və PwC-nin auditinin nəticələrini təqdim edib.
ABC.AZ xəbər verir ki, PwC Azərbaycan tərəfindən MHBS-ə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatına rəy verilib.
Rəydə bildirilib ki, Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892,206,306 AZN ianə olunub.
Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9,198,829 AZN maliyyə gəliri əldə edib.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026