Uçot dərəcəsi bazara birbaşa real təsir etməyə başlayıb - Taleh Kazımov

12:12 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank uçot dərəcəsini artırıb və baş bankir Taleh Kazımov bununla bağlı mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, T.Kazımov bir sıra vacib məsələlərə toxunub.

O qeyd edib ki, yeni çərçivənin tətbiqindən sonra banklar arasında sentyabrda 788 milyon manatlıq, oktyabrda isə 1 milyard 426 milyon manatlıq əqd bağlanılıb. Bunlar da bank sektoru üçün rekord göstəricilərdir.

Taleh Kazımov bildirib ki, bu alətlərin tətbiqi nəticəsində qısa müddət keçməsinə baxmayaraq artıq uçot dərəcəsi banklar arasındakı faiz dərəcələrinə təmri etməyə başlayıb.

"Müstəqillik dövründə ilk dfədir ki, AMB-nin uçot dərəcəsi bazara birbaşa real təsir etməyə başlayıb. Bu münasibətlə komandamızı təbrik etmək istəyirəm" deyə T.Kazımov bildirib.