Bizim əsas məqsədimiz odur ki, uçot dərəcəsi bazara daha tez təsir etsin - Taleh Kazımov

12:03 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. Azərbaycanda sentyabrın 1-dən tətbiq edilən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi bazara - banklar arasındakı bazarda faiz dərəcələrinə təsir etməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

O qeyd edib ki, artıq banklararası faizlər uçot dərəcəsinə uyğun formalaşır:

"Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi bazara daha tez təsir etsin və inflyasiyanın tənzimlənməsində rol oynasın".