16:43 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Avropa Mərkəzi Bankı yenidən əsas faizini (depozit faizini) 0,75 bənd artıraraq 0,75%-dən 1,50%-ə qaldırıb.
İqtisadçılar da AMB-nin faizni 0,75 bənd artıracağını gözləyirdilər. Avropa Mərkəzi Bankı (AMB) rekord yüksək inflyasiyanı cilovlamaq üçün ikinci ayda aqressiv faiz artırmağı davam etdirib. Sentyabr iclasından sonra, oktyabr iclasında da AMB faiz dərəcələrini 0,75 bənd artırıb. Yenidən maliyyələşdirmə dərəcəsi 2 faizə, marjinal kreditləşmə faizi 2,25 faizə, depozit dərəcəsi isə 1,50 faizə yüksəlib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026