"Bank Avrasiya"nın qiymətli kağızlara investisiyalarında artım baş verib

15:45 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın cəmi aktivləri 38 milyon 56 min manat və ya 22,7% artaraq 205 milyon 500 min manata yüksəlib.

ABC.AZ-ın məlumatına görə, Bankın qiymətli kağızlara investisiyalarında da artım baş verib.

2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın depozit portfeli 14 milyon 363 min manat və ya 28,7% artaraq 64 milyon 431 min manata yüksəlib. Cari ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 22 milyon 346 min manat və ya 50% artaraq 67 milyon 68 min manata yüksəlib. 30 Sentyabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC 72 milyon 344 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 70 milyon 932 min manat məcmu kapitala malik idi.