14:59 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. "Bank Avrasiya" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) 1 milyon 91 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 2 milyon 798 min manat xalis zərər ilə bağlamışdı.
30 Sentyabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC-nin bölüşdürülməmiş mənfəəti 21 milyon 124 min manat təşkil edib.
ABC.AZ xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank Avrasiya"nın faiz gəlirləri 456 min manat və ya 5,2% artaraq 9 milyon 228 min manat, qeyri-faiz gəlirləri isə 532 min manat və ya 34,8% artaraq 2 milyon 59 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank Avrasiya"nın faiz xərcləri 24 min manat və ya 1,7% arataraq 1 milyon 408 min manat, qeyri-faiz xərcləri isə 771 min manat və ya 19% aratarq 4 milyon 837 min manat təşkil edib.
Beləliklə, əməliyyat gəlirlərinin 988 min manat artmasına qarşılıq əməliyyat xərcləri 795 min manat artıb. Yəni, gəlirlərdəki artımın 80%-ni xərclərdəki artım silib.
Nəticədə, qalan 20%-lik hissə əməliyyat mənfəətində 193 min manatlıq artım yaradıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026