12:22 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank BTB" 2022-ci ilin 3-cü rübünün yekunları üzrə hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, 3-cü rübün sonuna bank aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün 5 milyon 873 min manat ayırıb.
Nəticədə bank hesabat dövrünü 5 milyon 714 min manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, Bank 2-ci rübü də 5,2 milyon manat zərərlə başa vurmuşdu, 3-cü rü ərzində bu zərər daha da böyüyüb. Ötən ilin eyni dövründə bank 1 milyon 174 min manat xalis mənfəət əldə etmişdi.
3-cü rübün nəticələrinə görə, "Bank BTB"nin aktivləri 361,4 milyon manat olub. Bankın kredit portfeli 239 milyon manat, əsas vəsaitləri 70,2 milyon manat olub.
Hesabat dövrünün sonuna bankda nağd vəsaitlər 9,6 milyon manat olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026