12:09 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. "Bank BTB" 2022-ci ilin 3-cü rübünün yekunları üzrə hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 19 milyon 861 min manat təşkil edib. Bankın faiz xərcləri isə 12 milyon 310 min manat olub.
Faiz xərclərinin əsas hissəsi – 63 milyon manat bankda depoziti olan müştərilərə ödənilən faizlərdir.
5,7 milyon manat isə digər qeyri-faiz xərcləridir. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3 milyon 890 min manat olub. Gəlirlərin 700 min manatı hesabların aparılması üzrə komissiya haqlarının, 3,2 milyon manat isə digər komissiya haqlarının payına düşür.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri isə 10 milyon 861 min manat olub. Bunun 5,1 miyon manatı göstərilən xidmətlər üzrə haqq və komissiya xərcləri, 5,7 milyon manat isə inzibati xərclərdir.
Nəticədə "Bank BTB" 3-cü rübü 159 min manat əməliyyat mənfəəti ilə başa vurub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026