Son 9 ayda Dövlət Neft Fondunun büdcə gəlirləri bu qədər olub

17:01 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 11 milyard 365,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 566,9 milyon manat təşkil edib.

Fonddan ABC.AZ-a bildirilib ki, hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 milyard 542 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilib.

Doqquz ay ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16,8 milyon manat təşkil edib.