Dövlət Neft Fondunun büdcədənkənar xərcləri açıqlanıb

16:17 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcədənkənar xərcləri 4 milyard 185,2 milyon manat təşkil edib.

Fonddan ABC.AZ-a bildirilib ki, ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 milyard 521 milyon manat azalma müşahidə olunub.

Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapıb.