Azərbaycan bu Avropa ölkəsinə 2,6 milyard dollar investisiya qoyub

15:15 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Azərbaycan bu günədək İsveçrəyə 2,6 milyard dollar investisiya qoyub.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə mətbuat konfransında deyib.

O qeyd edib ki, İsveçrəyə Azərbaycandan əsasən qızıl ixracı həyata keçirilsə də, bir müddət əvvəl neft ixracı da başlayıb.

"Avropa enerji ehtiyatları ixracımızın əsas istiqamətidir. Azərbaycan Avropaya başlıca qaz tədarükçülərindən olmaqla, yaxın beş il ərzində tədarükü iki dəfə artırmağı planlaşdırır", - səfir deyib.