Bu Bankda bir sıra göstəricilər üzrə azalmalar qeydə alınıb – Hesabat

11:43 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Kreditlər "GünayBank" üçün faiz gəliri formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "GünayBank"ın istehlak kreditləri portfeli 153 min manat azalaraq 2 milyon 380 min manata, biznes kreditləri portfeli 1 milyon 309 min manat azalaraq 124 milyon 331 min manata düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın son 9 ayın maliyyə göstəricilərində qeyd olunub.

Hesabata əsasən, ipoteka kreditləri portfeli isə 8 milyon 16 min manat artaraq 79 milyon 617 min manata yüksəlib.

Cəmi kredit portfelinin artması ipoteka kreditləri portfelinin artması ilə əlaqədardır. 30 Sentyabr 2022-ci il tarixində "GünayBank" 289 milyon 894 min manat cəmi aktivlərə malik olub.

Bank 2021-ci ilin sonunda 256 milyon 469 min manat cəmi aktivlərə malik idi.

Aktivlərin məbləğinin artması əsasən nağd pul vəsaitlərin artmasından qaynaqlanır. Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın depozit portfeli 23 milyon 30 min manat və ya 24,6% artaraq 116 milyon 590 min manata çatıb.