11:16 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. 2022-ci ilin 9 ayında "GünayBank"ın cəmi əməliyyat gəlirləri 17 milyon 77 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 655 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 422 min manat təşkil edib.
ABC.AZ-ın məlumatına görə, Bank əməliyyat mənfəətindən 620 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 187 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "GünayBank"ın cəmi əməliyyat gəlirləri 16 milyon 269 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 121 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 148 min manat təşkil etmişdi.
Bank əməliyyat mənfəətindən 1 milyon 748 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026