Bu Bankın əməliyyat mənfəətində 726 min manat azalma baş verib

10:56 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "GünayBank" ASC 2022-ci ilin 9 ayının (yanvar - sentyabr) maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz gəlirləri 631 min manat və ya 6% artaraq 11 milyon 222 min manat, qeyri-faiz gəlirləri isə 177 min manat və ya 3% artaraq 5 milyon 855 min manat təşkil edib.

2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz xərcləri 1 milyon 810 min manat və ya 26,5% artaraq 8 milyon 628 min manat, qeyri-faiz xərcləri isə 276 min manat və ya 3,9% azalaraq 7 milyon 27 min manat təşkil edib.

"GünayBank"ın depozit faizləri üzrə, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə xərcləri artıb.

Beləliklə, "GünayBank"ın əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 808 min manat artmasına qarşılıq əməliyyat xərcləri 1 milyon 534 min manat artıb.

Yəni, gəlirlərdəki artımı xərclərdəki artım tamamilə silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 726 min manat azalma baş verib.