10:40 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. "GünayBank"ın istehlak və biznes kreditləri portfeli kiçilib, faiz xərcləri artıb və nəticədə əməliyyat mənfəəti azalıb.
ABC.AZ-ın məlumatına görə, "GünayBank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 616 min manat xalis mənfəət ilə başa vurub.
"GünayBank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 1,5 dəfə artıb. Bank ötən ilin eyni dövründə 399 min manat xalis mənfəət əldə etmişdi.
Qeyd edək ki, Bankın xalis mənfəətinin artması, kredit itkilərinin bərpası ilə əlaqədar olaraq ehtiyatdan qayıdan vəsaitin 3 dəfəyə yaxın artması ilə əlaqədardır.
Cari ilin 9 ayında Bankın gəlirlərindəki artımı xərclərdəki artım tamamilə silib, hətta əməliyyat mənfəətində 33,8% azalma baş verib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026