Azərbaycanın valyuta ehtiyatında 3,5 faiz artım var - Baş Bankir

16:55 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə deputatlarla görüşü zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir.

Taleh Kazımov bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub: “Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb”.