Əsas kapitala yönəldilmiş vəsaitlər 4 faizdən çox artıb

16:02 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, daxili investisiyalarda artım 20,5% təşkil edib.

“Dövlət mülkiyyətində olan qurumların kapital qoyuluşları 21,5%,qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar (ABƏŞ istisna olmaqla) 11,4% artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə 22,3%-lik artım da əhəmiyyətli göstəricidir.”- deyə Nazir bildirib.