TuranBank III rübünü 2,1 mln manat mənfəətlə başa vurub

15:14 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. TuranBank ASC 2022-ci ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.

ABC.AZ banka istinadla xəbər verir ki, TuranBank rübü 2,1 mln. manat mənfəətlə başa vurub.

III rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 20% və ya 142,9 mln. manat artaraq  857,9 mln. manat, müştərilərə verilmiş kreditlər 21,2% və ya 92,4 mln. manat artaraq 528,8 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditlər 15,9% və ya  42,2 mln. manat artaraq 307 mln. manat təşkil etmişdir.