Banklar valyuta hərracına tələbi 26,7% artırıblar

14:20 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, oktyabrın 25-də baş tutan valyuta hərracında $67,4 mln satılıb ki, bu da ötən hərracda olduğundan $14,2 mln (26,69%) çoxdur. Oktyabrın 20-də keçirilən hərracda Mərkəzi Bank banklara $53,2 mln. məbləğində valyuta satıb.

"Banklar tərəfindən valyuta hərracında tələb $67,4 mln.təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.