"Yapı Kredi Bank Azərbaycan"-ın məcmu kapitalı 75.1 mln manat təşkil edib

12:26 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. 2022-ci ilin III rübünün göstəricilərinə əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC Azərbaycan Mərkəzi  Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.

ABC.AZ banka istinadla xəbər verir ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 31%, məcmu kapitalının adekvatlıq əmsalı isə 32% olmuşdur. Bankın məcmu kapitalı 75.1 milyon manat təşkil edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.