"Yapı Kredi Bank Azərbaycan"-ın kredit portfeli 25% artıb - Hesabat

11:19 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan"-ın istehlak və biznes kreditlərinə olan müştəri marağı öz əksini üçüncü rüblük hesabatda tapmışdır.

Bu barədə ABC.AZ banka istinadən xəbər verir.

Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 25% artmış və 219 milyon manat olmuşdur, eyni zamanda cari ilin üçüncü rübündə biznes kreditləri 33% artaraq 155,5 milyon manata bərabər olmuşdur, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri  portfeli 7% artaraq 43 milyon manat olmuşdur.